Məxfilik siyasəti

Məlumatların qorunması haqqında qanunlara əsasən biz özümüz haqında, şəxsi məlumatlarınızı necə istifadə etdiyimiz, hansı məqsədlər üçün istifadə etdiyimiz və şəxsi məlumatlarınız ilə bağlı hüquqlarınız barədə sizə məlumat verməliyik. Bu məlumat www.salamdoktor.az saytında verilir və çox vacibdir ki, siz bu məlumatla tanış olasınız.

→ İstifadəçi adının yaradılması və qeydiyyata alınması haqqında razılıq

Məlumatların qorunması haqqında qanunlara əsasən biz özümüz haqında, şəxsi məlumatlarınızı necə istifadə etdiyimiz, hansı məqsədlər üçün istifadə etdiyimiz və şəxsi məlumatlarınız ilə bağlı hüquqlarınız barədə sizə məlumat verməliyik. Bu məlumat www.salamdoktor.az saytında verilir və çox vacibdir ki, siz bu məlumatla tanış olasınız.

İstifadəçi yaxud Həkim kimi qeydiyyatdan keçməzdən əvvəl, www.salamdoktor.az saytının siyasətində təsvir olunduğu kimi əlaqə nömrəsi və cihaz haqqında informasiya kimi təqdim etdiyiniz şəxsi məlumatlarınızı istifadə edə biləcəyimizə dair razılığınızı bildirin.

Xidmətdən istifadə məqsədləri üçün İstifadəçi kimi qeydiyyatdan keçməyiniz, hazırkı Məxfilik Siyasəti ilə tanış olmanızı və razılığınızı bildirir.

→ Razılıq necə geri alına bilər?

Şərtlərimizi qəbul etdikdən sonra, İstifadəçi hesabınızı ləğv etməklə razılığınızı geri ala bilərsiniz, lakin Razılığınızı götürməzdən əvvəl aparılan bütün proseslər və əməliyyatlar, Razılığınızı geri aldığınız müddətə qədər qüvvədə sayılır.

→ Giriş

www.salamdoktor.az saytında yerləşdirdiyimiz Qaydalar və Şərtlər və Məxfilik Siyasəti sizin www.salamdoktor.az saytından və Platformadan istifadə etməyinizə, qeydiyyatdan keçməyinizə və daxil olmağınıza tətbiq edilir.

→ Mühüm məlumat və biz kimik?

www.salamdoktor.az, Platforma üzərindən Qaydalar və Şərtlərdə müəyyən edildiyi kimi "Salam Doktor" ticarət nişanı adı altında Xidmət təqdim edən öz filial və nümayəndəlikləri daxil olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş və hazırda mövcud olan məhdud məsuliyyətli cəmiyyətdir. “Salam Doktor” sizin şəxsi məlumatlarınıza cavabdehlik daşıyır.

Biz həkimlərə və onların pasiyentlərinə bir-birləri ilə əlaqə yaratmağı təmin edən yüksək texnoloji həllər təqdim edirik. “Salam Doktor” pasiyentlərə peşəkar tibb mütəxəssisləri ilə rahat əlaqə yaratmağa imkan verir. Hər gün istifadə etdiyiniz vasitələri daha yaxın hiss etmək üçün yaradılmış “Salam Doktor”, hazır qeydlərin təhlükəsizliyini təmin etmək və tibbi göstəriciləri paylaşmaq üçün, resept və patoloji sorğuları əldə etmək üçün imkanlarını asanlaşdırır.

Biz məlumatların məxfiliyini təmin edən meneceri təyin etmişik. Hazırkı Məxfilik Siyasəti ilə bağlı hər hansı bir sualınız varsa, lütfən info@www.salamdoktor.az ünvanına yazın.

İstənilən vaxt şəxsi məlumatların qorunması məsələlərində Azərbaycan Respublikasının nəzarət orqanı kimi məsuliyyət daşıyan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə şikayət etmək hüququnuz var.

→ Üçüncü tərəflərlə bağlı

Bəzən www.salamdoktor.az saytında bizim tərəfdaş şəbəkələrin, reklamvericilərin və filiallarımızın saytlarına, həmçinin onların saytlarında bizim saytımıza interaktiv keçidlər yerləşdirilə bilər. Lütfən nəzərə alın ki, bu vebsaytlar və onların vasitəsilə əldə edilə bilən hər hansı bir xidmət öz Məxfilik Siyasətinə malikdir və biz həmin siyasətə yaxud həmin vebsaytlar yaxud xidmətlər vasitəsilə toplana bilən əlaqə kontaktları və geolokasiya məlumatları kimi şəxsi məlumatlara görə heç bir məsuliyyət və cavabdehlik daşımırıq. Həmin veb saytlara şəxsi məlumatlarınızı göndərməkdən, daxil etməkdən yaxud həmin xidmətlərdən istifadə etməzdən əvvəl lütfən onların siyasət qaydaları ilə tanış olun.

→ Vebsaytdan istifadə haqqında məlumat

Biz həmçinin istənilən məqsədlər üçün statistik və demoqrafik məlumatlar kimi Məcmu Məlumatları toplayırıq, istifadə edirik və paylaşırıq. Məcmu Məlumatlar şəxsi məlumatlarınızdan əldə edilə bilər, lakin bu məlumatlar şəxsiyyətinizi birbaşa və ya dolayı yolla ifşa etmədiyi üçün, bunlar qanunvericiliklə şəxsi məlumat hesab edilmir. Məsələn, Xidmətin müəyyən xüsusiyyətinə daxil olan istifadəçilərin faizini hesablamaq üçün İstifadə Məlumatlarınızı hesablaya bilərik, lakin sizi birbaşa yaxud dolayı yolla identifikasiya edə bilməsi üçün Məcmu Məlumatları sizin şəxsi məlumatlarınızla cəmləşdiririksə yaxud əlaqələndiririksə, biz həmin toplanmış məlumatları şəxsi məlumatlar kimi qiymətləndiririk və onlar hazırkı Məxfilik Siyasətinə uyğun istifadə ediləcək.