Şərtlər və qaydalar.

Bu şərtlər və qaydalar platforma və xidmətə, həmçinin platformanin bir hissəsi olaraq sizə təqdim olunan bütün məlumatlara, tövsiyələrə və “SALAM DOKTOR”un təqdim etdiyi xidmətinə şamil edilir. Lütfən bu qayda və şərtləri xidmətdən istifadə etmədən və platformani yükləmədən əvvəl diqqətlə oxuyun. Bu platformada və xidmətdən bir istifadəçi (bundan sonra "siz" yaxud "istifadəçi" yaxud "pasiyent") kimi qeydiyyatdan keçməklə, hazirki qayda və şərtləri qəbul etdiyinizi bildirir.

  Platformada və xidmətdə qeydiyyatdan keçməklə vebsaytda istifadəçi adınız yaradılır və burada qeyd olunan şərtlərə əməl etməyə razılıq verdiyinizi bildirirsiniz.

  Platforma və burada əks olunmuş məzmun “Salam Doktor”un mülkiyyəti sayılır.

→ ÜMUMİ MÜDDƏALAR

Hazırkı “Qaydalar və şərtlər”də böyük hərflərlə yazılmış sözlər və ifadələr aşağıdakı mənadadır:

www.salamdoktor.az bildirir ki, “Salam Doktor” Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq qaydada təşkil edilmiş və mövcud olan məhdud məsuliyyətli cəmiyyətidir. Buraya həmçinin “Salam Doktor” adı altında Platforma vasitəsilə Xidmət təqdim edən filial və törəmə şöbələr də daxildir.

Platforma dedikdə, İnternet əsasında qurulan proqram təminatı texnologiyası başa düşülür və “Salam Doktor” bu vasitə ilə sizə Xidmət təqdim edir.

Xidmət dedikdə video, audio yaxud yazışma mesajı vasitəsilə onlayn tibbi konsultasiya almaq üçün Həkim tapmaq və görüş istəmək yaxud təyin etmək, və öz şəxsi yaxud ailəsinin məlumat/sağlamlıq qeydlərini idarə etmək üçün Platformaya daxil olmaq imkanı ilə yanaşı, www.salamdoktor.az İnternet səhifəsində yer alan istənilən məlumatı əldə etməyə fürsət yaradan imkanlardır.

Həkim(lər) dedikdə Platforma istifadəçilərinə müvafiq tibbi xidmətlər göstərmək məqsədilə “Salam Doktor” ilə müvafiq razılaşma imzalamış tibbi xidmətlər təqdim edən azərbaycandilli şəxslər başa düşülür. Həkimlər haqqında bütün lazımi məlumatlar Platformada yerləşən məlumatlar bazasında toplanmışdır. “Salam Doktor” Həkimlərin peşə səviyyəsini yoxlamaq və ya peşələrinə aid olub olmamasını yoxlamaq üzrə məsuliyyəti daşımır. www.salamdoktor.az saytında yaxud Platformada Həkimlərin səviyyə və dərəcələri haqqında təqdim edilmiş bütün məlumatlar yalnız istifadəçilərin təqdim etdiyi rəylər və dəyərləndirmələr əsasındadır.

→ RAZILAŞMA

Burada siz bəyan edirsiniz ki, müvafiq razılaşmaları və müqavilələri qəbul etmək üçün fiziki şəxs olaraq siz yetkinlik yaşına çatmışınız yaxud sizə digər şəxsin (üçüncü tərəfin) adından çıxış etmək üçün Xidmətlər və Platformada qeydiyyatdan keçmək məqsədilə hazırkı Qaydalar və şərtləri qəbul etməyə səlahiyyət verilib.

→ XİDMƏT

Siz qətiyyətlə qəbul edirsiniz ki, Platformanın istifadə edilməsi Pasient ilə Həkim arasında konsultasiyanı asanlaşdırmaq xarakterini daşıyır. Siz həmçinin razılaşırsınız ki, təcili hallarda onlayn konsultasiya və Platforma istifadə edilməməlidir. Açıq şəkildə bildirilir ki, hazırkı Platforma fiziki konsultasiya almaq üçün həkim kabinetinə/klinikaya/xəstəxanaya getmək zərurətini inkar etmir. Bununla siz birmənalı olaraq razılaşırsınız ki, tibbi məsləhətin/göstərişin verilməsi üçün kömək edəcək bütün zəruri təfərrüatları Həkimə bildirəcəksiniz. Həkim müayinə yaxud analizlərin keçirilməsi üçün Pasientdən öz işlədiyi klinikaya/xəstəxanaya gəlməsini istəyə bilər. Platformadan və Xidmətdən istifadə peşəkar tibbi diaqnoz yaxud müalicəni əvəz etmir və sizə təqdim olunan məlumatları öz məsuliyyətiniz üzrə istifadə edə bilərsiniz.

→ KONSULTASİYA ÖHDƏLİKLƏRİ

Hazırkı bəndə razılaşdırılmışdır ki, “SALAM DOKTOR” Pasientlə Həkim arasında əlaqə yaradan, Həkimlərin təqdim etdiyi konsultasiya/tibbi göstərişlərə görə, həmçinin Həkimlərin təqdim etdiyi xidmətdən irəli gələn yaxud üçüncü şəxs tərəfindən yaradılan məzmun/hesabat ilə bağlı yaranmış öhdəçiliyə görə, heç bir məsuliyyət/öhdəçilik daşımadan İnternet əsasında olan həll təqdim edən Platformanın operatoru kimi fəaliyyət göstərir. “SALAM DOKTOR” əlavə məlumatlar təqdim edir, həmçinin e-poçt/SMS vasitəsilə əvvəlcədən bildiriş göndərməklə, müəyyən şərtlər altında İstifadəçininPlatformaya və Xidmətlərə girişini məhdudlaşdırabilməsi ilə razılaşırsınız. Bundan başqa siz veb portaldan yalnız Həkimlərdən məsləhət/göstərişi almaq üçün istifadə edəcəyiniz barədə razılaşırsınız. Platforma yaxud Xidmətdən istifadə yaxud portala giriş, heç bir halda məxfi əlaqə yaratmır.

→ MƏHDUDİYYƏT VƏ QADAĞALAR

Aşağıdakı hallara icazə verilmir:

· İstənilən şəkildə Platformanı və Xidməti hər hansı bir üçüncü tərəfə təqdim etmək, lisenziyalaşdırmaq, sublisenziyalaşdırmaq, satmaq, təkrar satmaq, ötürmək, təyin etmək, yaymaq yaxud başqa şəkildə kommersiya istismarını etmək;

· Platforma və Xidmət əsasında törəmə işləri etmək yaxud dəyişikliklər etmək; Platformaya və Xidmətə İnternet "keçidlər" yaratmaq;

· Zorakılıq, əxlaqsızlıq, qeyri-etik, təhdid, yalan, işgəncə xarakterli yaxud başqa qeyri-qanuni materialları, o cümlədən uşaqlar üçün zərərli olan materialı və ya üçüncü tərəfin müəlliflik hüquqlarını pozan materiallar göndərmək yaxud yaddaşda saxlamaq və yerləşdirmək.

→ XİTAM

İstifadəçi tərəfdən Qaydalar və Şərtlərin yaxud "Məxfilik Siyasəti"nin hər hansı bir müddəasının pozulması Xidmətin və İstifadəçi adının ləğvinə səbəb olur. “SALAM DOKTOR” yuxarıda göstərilən bəndlərdən hər hansı birinin pozulmasını araşdırmaq və müvafiq məsuliyyətə cəlb etmək hüququna malikdir.

→ TƏZMİNAT

Siz razılaşaraq bəyan edirsiniz ki, tibb əməkdaşları tərəfindən göstərilən çatışmazlıq yaxud hər hansı bir səhlənkarlıqla bağlı bizə qarşı heç bir məhkəmə iddiası qaldırmayacaq yaxud hər hansı bir məhkəmə prosesində iştirak etməyəcəksiniz.

Platformada və xidmətdə qeydiyyatdan keçməklə vebsaytda istifadəçi adınız yaradılır və burada qeyd olunan şərtlərə əməl etməyə razılıq verdiyinizi bildirirsiniz.